Məcburi əmək faktına görə 3 cinayət işi açılıb

2021-ci ildə 3 məcburi əmək faktı aşkarlanaraq cinayət işi başlanıb. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah - aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, bu istiqamətdə aparılmış araşdırmalarla həmin cinayətdən zərərçəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi aşkarlanıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























