AzərTAc-da yeni təyinat
AzərTAC Dövlət İnformasiya Agentliyində yeni təyinat olub.Məlumata görə, “Xalq qəzeti”nin siyasət şöbəsinin icmalçısı Rauf Əliyev (Kəngərli) AzərTAC-ın Naxçıvan bürosunun rəhbəri təyin edilib. Bildirək ki, əvvəllər Naxçıvan Muxtar Respublikasında AzərTAC-ın xüsusi müxbir ştatı olub. Artıq bir neçə ildir ki, bu ştat boş qalıbmış. Prezident İlham Əliyevin Naxçıvana son səfərindən sonra isə AzərTAC rəhbərliyi muxtar respublikada fəaliyyətlərini genişləndirmək məqsədi ilə burada xüsusi büro yaradılıb. Həmin büroya rəhbərlik etmək üçün isə Rauf Əliyev təyin olunub. Rauf Əliyev “Xalq qəzeti”ndən öncə “Lider” televiziyasının xəbərlər xidmətində çalışıb. /Aznews.az/ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:19 Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 12:32 Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:05 Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 11:38 Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:36 Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:16 Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:03 Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:00 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 10:40 Beyləqanda ustanı cərəyan vuraraq öldürüb