• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda maskadan istifadə ilə bağlı - Açıqlama

Metroda maskadan istifadə ilə bağlı - Açıqlama
01.05.2022 15:54
Bakı Metropoliteni tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: 

"Koronavirus ("COVID-19”) pandemiyası elan edildiyi dövrdən Bakı metropoliteninin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib. 2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.

Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib. 

Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb.

Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib.

Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.

May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol