Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib

Bu ilin I rübündə Gürcüstandan 2 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
www.anews.az
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, həmin şəxslər 41-65 yaş qrupuna daxil olan kişilərdir.
Yanvar-martında qonşu ölkədən çıxarılan xarici ölkə vətəndaşlarının ümumi sayı 40 nəfər təşkil edib.
Hesabat dövründə Gürcüstandan ən çox Türkiyə (8 nəfər) və İran vətəndaşları (7 nəfər) deportasiya olunub.
www.anews.az
























