• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobuslarda qızları bıçaqla hədələyən manyak tutuldu

Bakıda avtobuslarda qızları bıçaqla hədələyən manyak tutuldu
04.05.2022 15:53
Bakıda marşrut avtobuslarında gənc qızlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs tutulub.
 
Bir neçə gün əvvəl Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən İ.S. 31 saylı xəttə məxsus avtobusda naməlum şəxsin onun 2005-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini və qızını ölümlə hədələdiyini bildirib.

Müraciətlə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Məlum olub ki, həmin adam paytaxtın mərkəzində bir neçə dəfə marşrut avtobuslarında oxşar əməllər törədib. O, hər dəfə qızları öldürəcəyi ilə hədələməklə onları bəzi hərəkətlər etməyə məcbur edib. Belə ki, əlində daim gödəkçə gəzdirən manyak kəsici-deşici aləti onun altında gizlədib və bu yolla insanları hədələyib. Qızlardan biri hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib. 
 
Axtarış tədbirləri nəticəsində həmin şəxsin kimliyi müəyyənləşdirilib və o saxlanılıb. Məlum olub ki, bu şəxs taksi sürücüsüdür və avtomobilini yol kənarında saxladıqdan sonra hər dəfə avtobusa daxil olaraq bu əməlləri törədib.(Qafqazinfo)
 
Araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol