• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda distant təhsil hüquqiləşdirilir

Azərbaycanda distant təhsil hüquqiləşdirilir
04.05.2022 16:11
Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görülür və yaxın zamanlarda işə salınacağı gözlənilir, bunu təhsil naziri Emin Əmrullayev deyib.
 
"Hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür. Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük", - nazir vurğulayıb.
 
Azərbaycanda distant təhsilin təkmilləşdirilməsinə münasibət olaraq parlamentin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu ölkə üçün çox vacib addımlardan biridir.
 
"Milli Məclisdə "Təhsil haqqında" qanunda distant təhsilin hüququ əsasları olması üzərində işlər gedir. Bununla bağlı işçi qrupu da yaradılıb. Azərbaycanda distant təhsil pandemiya dövründə aktivləşdi.Amma dünyanın proseslərini nəzərə alsaq bu işi sürətləndirməli və təkmilləşdirməliyik", - deputat bildirib.
 
 Ceyhun Məmmədov təklif edir ki, Azərbaycanda distant təhsilin formalaşdırılması üçün mərkəz və ya inustut yarardılmalıdır.
 
"Dünyada bir çox ölkələr var ki, onlarda distant təhsil mövcuddur. Ona görə Azərbaycanda belə bir institutun  formalaşması çox yaxşı olar. Bizi gələcəkdə hansı yeni hadisələr gözləyir bilmirik. Düşünürəm ki, bu təhsil növünü hüquqiləşdirmək ən doğru qərar olacaq", - Məmmədov bildirib.
 
Azərbaycanda distant təhsil ilk dəfə koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin martında tətbiq olunub. Belə ki,  COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3–27 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırılıb.  Daha sonra tarix martın 27-nə qədər uzadıldı. Daha sonra pandemiya zamanı 2 il ərzində  təhsil müəssiələrində bir neçə dəfə ənənəvi təhsil distant təhsillə əvəz olunub. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol