• $
  • €
  • ₽
  • ₺
  • £

Ağac kəsdi - 3 min manat cərimələndi

Ağac kəsdi - 3 min manat cərimələndi
06.05.2022 22:30
Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 4 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
 
Şirvan şəhər prokurorluğundan verlən məlumata görə, aparılmış istintaqla Şirvan şəhər sakini Zahid Babayevin  müvafiq icazə almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna daxil olmayan 3 ədəd ağacı qanunsuz kəsməsi nəticəsində təbiətə ümumilikdə 2900 manat məbləğində maddi ziyan dəyməsinə əsaslı şübhələr müəyyənləşib.

Zahid Babayev Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər məhkəməsinə göndərilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol