• $
  • €
  • ₽
  • ₺
  • £

“Zərifə Əliyeva" gəmi-bərəsi Kurık limanına çatıb

“Zərifə Əliyeva" gəmi-bərəsi Kurık limanına çatıb
06.05.2022 19:30
Mayın 5-də Ələtdə yerləşən Bakı limanından yola düşən "Zərifə Əliyeva” gəmi-bərəsi mayın 6-da Qazaxıstanın Kurık limanına çatıb.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) "APA-Economics”ə verilən məlumata görə, Limanda gəminin qarşılanma mərasimi keçirilib. Tədbridə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar Məmmədov, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov, Kurık limanının rəis müavini Talqat Ospanov iştirak ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Təhmiraz İsmayılovu Ro-Pax tipli "Zərifə Əliyeva” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik ediblər.
Kapitan körpüsündə olduqdan sonra gəmidə yaradılan, akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən guşəyə və 2020-ci il Vətən müharibəsinə aid "Zəfər guşəsi”nə də baxıblar.

Qazaxıstan rəsmiləri gəmi-bərənin ilk səfərinin onların ölkəsinə baş tutmasından məmnun olduqlarını bildirib və buna görə Azərbaycana təşəkkür ediblər.
 
Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcək.
 
Sonra tədbir iştirakçıları "Zərifə Əliyeva” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol