• $
  • €
  • ₽
  • ₺
  • £

DİM tərəfindən növbəti imtahanlar keçirilir

DİM tərəfindən növbəti imtahanlar keçirilir
08.05.2022 11:20
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 8-də cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirir.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 193 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.

BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.

İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 3, AC qrupu üzrə 9, BA qrupu üzrə 79, BB qrupu üzrə 207 olmaqla, ümumilikdə 298 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün 3 imtahan rəhbəri, 26 nəzarətçi müəllim ayrılıb.

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə (mühasibat uçotu üzrə) qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 420 (KOSS-114, MHBS-144, İSMHBS-162) nəfər müraciət edib. İmtahanın davametmə müddəti 3 saatdır. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 41 nəzarətçi müəllim, 4 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol