Bir ilə yaxındır ki, hər yağış yağandan sonra Badamdar qəsəbəsində sürüşmə aktivləşir. 6 metr eni olan yol hər keçən gün sürüşür.
Anews.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, qəsəbənin Dostluq küçəsi 3-cü massiv adlanan ərazisində yaşayan sakinlər deyirlər ki, yolda sürüşmə 1 ilə yaxındır başlayıb. Hər dəfə yağış yağdıqdan sonra isə çökmə daha da aktivləşir. Əvvəllər 5-6 metr hissədə çökmə olubsa, indi yolun təxminən 15-20 metrə qədər ərazisi sürüşüb.
Ətraflı videosujetdə:
www.anews.az