• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Baş Qərargahı məlumat yaydı

Ukrayna Baş Qərargahı məlumat yaydı
10.05.2022 10:29
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsinin 76-ci günüdür. Ukrayna Baş Qərargahı müharibə ilə bağlı günün hesabatını yayıb.
 
Məlumata görə, İzyum bölgəsində döyüşlər müvəqqəti olaraq səngiyib. Lakin Severodonetskin şimalında və cənubunda yerləşən kəndlər uğrunda döyüşlər davam edir. Ruslar Liman və Severodonetskdə daha da irəliləməyə çalışırlar. Döyüşlər də cənuba, Donetskə doğru gedir.

ABŞ Konqresindəki Demokratlar Partiyasının nümayəndələri Ukraynaya 40 milyard dollarlıq yardım paketi ilə bağlı razılığa gəliblər və ona səs verə bilərlər.

Yaponiya "Rusiya” sanksiya siyahısını genişləndirərək daha 70 şirkət və 130-dan çox insanı, o cümlədən baş nazir Mixail Mişustini, "Almaz-Antey” konserni və Taktik Raket Korporasiyasını əhatə edib.

 Ukrayna ordusunun "Cənub" əməliyyat komandanlığı mayın 9-da Odessaya, xüsusən də ticarət mərkəzinə və istehlak malları anbarına raket zərbələri endirilməsi nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını bildirib. 
 
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.(BBC)
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol