• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP gəncləri “Heydər zirvəsi”ndə - FOTOLAR

ASAP gəncləri  “Heydər zirvəsi”ndə - FOTOLAR
10.05.2022 12:52
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər.

ASAP-ın İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən  Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgə istiqamətində müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda hərəkət ediblər. Yürüşün bir digər məqsədi məzun birlikləri nümayəndələrini bir araya toplayaraq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir. 

Əlverişsiz hava şəraiti və ekstremal yolların olmasına baxmayaraq gənclər Ümummilli liderin  əziz xatirəsini dərin ehtiramla yad edib və  "Heydər zirvəsi” önündə  Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.

 Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən yürüşdə 30-dan çox gənc iştirak edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol