• $
  • €
  • ₽
  • ₺
  • £

14 il öncə itkin düşən qız hələ də tapılmayıb

14 il öncə itkin düşən qız hələ də tapılmayıb
11.05.2022 10:16
14 il öncə Azərbaycanda itkin düşən qız hələ də tapılmayıb. Bunu jurnalist Elnarə Məmmədova öz feysbuk səhifəsində paylaşım edib.
 
O bildirib ki, Laura adlı xalası nəvəsi 15-16 yaşlarında Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb. Axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb.
 
"Oxumaq istəyirdi, amma xalamın dar düşüncəli oğulları qıza imkan vermədi. Lauranın rəfiqəlik etdiyi qızın anası insan alverinə görə məhkum olunmuşdu. Sonuncu dəfə evdən bezəndə Laura rəfiqəsinin evinə getdi və bir daha geri qayıtmadı. O vaxtı televiziyada işləyirdim, axtarış haqqında elanı efirdə də verdik. 
 
Jurnalist Şəmkir polisinə, DİN-ə dəfələrlə məktub yazdığını bildirib.
 
"Rəfiqəsinin ailəsini, insan alveriylə məhkum olunan birini heç kim istintaqa cəlb etmədi. Xalam bildirdi ki, o qadın nəvəsini çox ehtimal kiməsə satıb. Amma polis barmağını belə qaldırmadı. Bir gün dedilər Sumqayıtda fahişələrin işlədiyi yerdə görüblər. Lauranın şəklini götürüb xalamla Sumqayıtda bütün barları, fahişəxanaları gəzdim. Qızı tapa bilmədik. Otaqlara girib fahişə kimi işləyən qadınlara da baxmağa icazə vermədilər. Qız 18 yaşına çatmadığı üçün xaricə çıxarıldığını da yoxlaya bilmədik. Dedilər çox ehtimal adını dəyişib yeni pasport alıblar. Xalam illər əvvəl Laura deyə-deyə öldü. Nə DİN, nə Şəmkir polisi barmağını qaldırdı o qızı tapmaq üçün”- jurnalist əlavə edib.
 
Bir neçə gün öncə jurnalist Aytən Məmmədova Tovuzda itkin düşən, daha sonra öldürüldüyü deyilən Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələnmişdi.
 
Elnarə Məmmədova da yuxarıdakı fikirlərini situasiyaya görə yazdığını bildirib.
 
"Əminəm ki, Lauranın itməsini ört-basdır edənlər Tovuzdakı qızın da axırına çıxıblar. Və bu ört-basdırı edənlər balaca adamlar deyil. Allah bilir yazıq qızlar indi hardadır? Nə əzab çəkirlər?!”
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol