• $
  • €
  • ₽
  • ₺
  • £

“Həyatı daha dolğun edirik!” - Azercell-dən sosial layihə müsabiqəsi

“Həyatı daha dolğun edirik!” - Azercell-dən sosial layihə müsabiqəsi
11.05.2022 19:06
Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadiq qalan "Azercell Telekom” "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” təməl strateji məqsədini əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır. 

Müsabiqə üç əsas istiqamət - təhsil, mədəniyyət və sağlamlıq sahəsinə dair layihələrin həyata keçirilməsini təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir: 

- Təhsilin müasir texnoloji həllər vasitəsilə təkmilləşdirilməsinə dəstək;  
- Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir texnoloji həllər vasitəsilə dəstək; 

- Ekoloji, fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin inkişafına rəqəmsal həllərin təsirilə dəstək.

Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə üstünlük veriləcək. Layihələrin daha geniş insan qruplarına fayda verə bilməsi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi önəm veriləcək. 

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətində müvafiq sahədə çalışan peşəkarlar ilə yanaşı, ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Münsiflər heyəti təqdim olunacaq bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcək: 
- Layihənin dayanıqlılığı
- Layihənin sosial təsiri
- Layihə xərclərinin səmərəliliyi 

Nəzərə çatdıraq ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər. 

Layihə qəbulu şərtləri ilə tanış olmaq və müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmək üçün göstərilən link vasitəsilə Azercell-in rəsmi saytındakı müvafiq bölməyə keçid etmək olar: 

https://bit.ly/sosial-layihe-az

Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu 11.05.2022-ci il tarixindən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir. 

"Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol