• $
  • €
  • ₽
  • ₺
  • £

BP-nin regional Prezidenti bu universitetdə görüş keçirib

BP-nin regional Prezidenti bu universitetdə görüş keçirib
13.05.2022 17:22
Bu gün, mayın 13-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti Qəri Counz BANM-da müntəzəm görüşlərindən birini keçirib və universiteti 10 illik yubileyi münasibətilə təbrik edib.
 
O, həmçinin professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edərək enerjinin gələcəyi və bu gələcək üçün tələb olunan bacarıqlarla bağlı öz fikirlərini bölüşüb.
 
"Bugünkü tədbir və ümumilikdə BANM ilə əməkdaşlıq BP və onun tərəfdaşlarının yerli ali təhsil müəssisələrinin potensialının artırılması istiqamətində ölkənin səylərini dəstəkləmək öhdəliklərinin bir hissəsidir. Cənab Counz bp və tərəfdaşlarının 2020-ci ildə BANM-a hədiyyə etdiyi dünya səviyyəli laboratoriyaya da baş çəkib. Bu, tələbələrin təhsildən sənayeyə rahat keçidinə kömək etmək yönümündə universitetin müasir təhsil infrastrukturu yaratmaq səylərini dəstəkləyən və tam təchiz olunmuş proseslərin simulyasiyası laboratoriyasıdır", - universitetdən deyilib.
 
"Yerli universitetlərlə sıx əməkdaşlıq edərək onlara təlim və  tədris prosesinin keyfiyyətinin artırılmasında kömək etmək sosial təşəbbüslərimizin əsas istiqamətidir. Çox məmnunuq ki, BANM ilə birgə həyata keçirdiyimiz təhsil layihələri tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq, universitetə isə yüksək keyfiyyətli təhsil təmin etmək üçün geniş imkanlar yaradır”, - BP rəsmisi deyib. 
 
Ləman Qasımova
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol