Azərbaycanda istifadəyə yararsız dərmanın satışı qadağan olunub.Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
028084 seriya ilə buraxılmış son istifadə tarixi 02.2023 olan "Fosfalyugel” ticarət adlı, daxilə qəbul edilən gel (16 q №20 paketlərdə (saşe)) dərman vasitəsində istehsalçının təqdim etdiyi parametrlərlə uyğunsuzluq aşkarlandığı üçün geri çağırılması qərarı verilib. Bu o deməkdir ki, sözügedən dərman vasitəsinin yalnız 028084 seriya ilə buraxılmış dərman vasitələri istifadəyə yararsızdır.
www.anews.az