• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın həyat yoldaşının məhkəməsi təxirə salındı

Milli Qəhrəmanın həyat yoldaşının məhkəməsi təxirə salındı
16.05.2022 13:16
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovanın ona verilən Prezident təqaüdünün bərpa olunmaması ilə bağlı keçirilən məhkəmə prosesi aprelin 23-nə təyin olunub, bu barədə anews.az-a Milli Qəhrəmanın həyat yoldaşı bildirib.
 
Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya 2021-ci ilə qədər Prezident təqaüdü verilib. Amma 2021-ci ildən sonra bu vəsaitin verilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb.  Səbəb olaraq bildirilib ki, xanımın  Pərviz Səmədovla rəsmi nigahı yoxdur, ona görə ona təqaüd düşmür. Amma şəhidin həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla evlənəndə 17 yaşı olub, azyaşlı olduğu üçün nigaha daxil ola bilməyiblər. Evləndikdən 4 ay sonra yoldaşı müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub. 
 
"Gəncə Kəpəz rayon məhkəməsinin sədri Tural Qocayev iştirakı ilə mayın 6-da məhkəmə prosesində tanışlıq oldu. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üç hüquqşünası məhkəmədə iştirak etdi. Mənə bildirdilər ki, sonuncu məhkəmə aprelin 23-nə təyin olunub və orada yekun qərar veriləcək. Ümid edirəm mənim haqqım bərpa olunacaq. Hələ sonuncu məhkəməni gözləyirəm",- Şahvələdova qeyd edib.
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məsələyə münasibət olaraq bildirilib ki, məhkəmə mayın 23-nə təyin olunacaq. Nazirliyin mövqeyi proses başa çatdıqdan sonra açıqlanacaq.
 
Şəhid ailəsinin ümidi mayın 23-də keçiriləcək məhkəmənin qərarınadır. 
 
Şəhid Pərviz Səmədov Birinci Qarabağ savaşı zamanı Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. O, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz Səmədov kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb və məhv edilib. 1992-ci il mayın 15-də  Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər  zamanı Səmədovun rəhbərlik etdiyi bölük ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib.  O, həmin əməliyyat vaxtı snayper gülləsindən ölüb. 
 
 
Gülnar Nazimqızı 
 

 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol