• $
  • €
  • ₽
  • ₺
  • £

BDU nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılacaq

BDU nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılacaq
18.05.2022 21:30
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik və rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Görüşdə ICESCO və BDU arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir: "Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərdəndir. Universitet ICESCO ilə əlaqələrə xüsusi önam verir və ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığını uğurla davam etdirir".
Rektor 18-22 iyul tarixlərində ICESCO-nun təşkilatçılığı ilə "Birinci Beynəlxalq ICESCO Peyk Modeli (CanSat) Seminarı və Aerokosmos Simpoziumu" beynəlxalq tədbirinə dəvətə görə ICESCO-ya təşəkkürünü bildirib.

Elçin Babayev BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasına dair razılığın da elmin bu vacib sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb.

"Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərden biridir. BDU-da yeni yaradılmış Tədqiqat, Inkişaf və Innovasiyalar üzrə Mükemmellik Mərkəzinin (Excellence Center) nəzdində "Biomühəndislik". "Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları da faaliyyət göstərir",- o bildirib.

ICESCO-nun Baş direktoru Salim Bin Məhəmməd əl-Malik qeyd edib ki, Biotibbi materialar kafedrasının yaradılması təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcək.

"Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcək",- o əlavə edib.

Daha sonra BDU nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrasının yaradılmasına dair müqavilə imzalanıb.

Kafedranın yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, "təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
 
Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol