• $
  • €
  • ₽
  • ₺
  • £

Araz çayının suyu 35 % azalıb

Araz çayının suyu 35 % azalıb
18.05.2022 22:30
Azərbaycanın ən böyük çayları olan Kür və Araz çaylarında sululuq azalmağa doğru gedir. Son məlumatlara görə, Kürün suyu 27 %, Arazın suyu isə 34,6 % azalıb. Bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya və Su Təsərrüfatı obyektlərinin istismarı şöbəsinin baş məsləhətçisi Riad Axundzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda su qıtlığı ilə üzləşəcək ölkələr sırasındadır.

"Şirin su ehtiyatlarının 29,9 %-i ölkə ərazisində formalaşır, qalan 70,1 %-i isə xaricdə formalaşaraq transsərhədd çayları vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Bu da Azərbaycanın su təsərrüfatını yağıntıdan asılı hala salır.

Azərbaycanın ümumi suvarılan torpaq sahələri 1 milyon 443 min hektardır. Suvarma kanallarının ümumi uzunluğu isə 52 000 km-dir. Bu kanalların 73 %-i torpaq məcralı kanallardır.

Aparılan araşdırmalara görə, qlobal istiləşmənin təsiri olaraq 2040-cı ildən etibarən bir sıra ölkələr su qıtlığı ilə üzləşəcək. Təəssüf ki, bu ölkələr sırasında Azərbaycan ilk yerlərdən birini tutur.

Son illər bir sıra əsas çaylarımızda suyun həcmi azalıb, bir hissəsində isə artım müşahidə edilir. Əsasən başlanğıcını Rusiya və İrandan götürən çayların sululuğu azalır", - o, qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol