Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
www.anews.az
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, qeyd edilən hadisə Babək prospektində baş verib.
"Həmin görüntülərdəki nəqliyyat vasitəsi Nizami Rayon Dövlət Yol Polisinə məxsus avtomobildir. Yaşlı qadın yolu keçən zaman onun ayağı büdrəyərək avtomobildən xeyli aralıda yerə yıxılır. Həmin DYP avtomobili qadına dəyməyib. Polis əməkdaşları da maşını saxlayaraq qadına kömək edib yolu keçirirlər. Bizdə hadisə ilə bağlı digər videogörüntülər də var. Görüntülərdən aydın şəkildə görünür ki, polis avtomobili qadını vurmayıb”.
Sosial şəbəkələrdə DYP avtomobilinin qadını vurması iddiası ilə videogörüntülər yayılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























