• $
  • €
  • ₽
  • ₺
  • £

Hava pisləşəcək

Hava pisləşəcək
24.04.2014 13:35
Bakı və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-13, gündüz  13-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 25-dən 28-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol