• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Gürcüstan sərhədi bu tarixdən açıla bilər

Azərbaycan-Gürcüstan sərhədi bu tarixdən açıla bilər
27.05.2022 14:23
Azərbaycan-Gürcüstan sərhədinin iyunun 1-dn açılması barədə Azərbaycan və Gürcüstan hökumətləri arasında danışırlar gedir. Bu barədə Anews-az Nazirlər Kabietində adının anonim saxlanmasını istəyən mənbə bildirib. Danışıqlar prosesinə yaxın olan digər iki mənbə də xəbəri təsdiqləyib.
 
Hələlik isə pandemiya səbəbindən Azərbaycanın quru sərhədi bağlı olaraq qalır.  Belə ki, ölkədə pandemiya ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırsa da, yerüstü sərhədlərin bağlanması ilə bağlı qərarı iyulun 1-nə kimi uzadılıb. 
 
Koronavirusa yoluxma hallarının və həmçinin aktiv xəstə sayının azaldığı bir dönəmdə, ölkənin quru sərhədləri niyə açılmır? 
 
Quru sərhədlərin açılması Azərbaycan üçün iqtisadi baxımdan vacibdir
 
Milli Məclisinin deputatı Vüqar Bayramlının sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargaha mövzu ilə bağlı təklif verilib.

"Təbii ki, bizim istəyimiz qısa müddət ərzində quru sərhədlərimizin açılmasıdır. Amma nəzərə almalıyıq ki, bu qərarlar epidemioloji vəziyyətdən asılıdır. Quru sərhədlərimizin bağlı olması, əlbəttə ki, arzuolunan deyil. Çünki quru sərhədlərimizin açılması, iqtisadi baxımdan bizim üçün faydalıdır. Çünki Azərbaycana maraq göstərən turistlərin 60 %-i quru sərhədlərimizdən istifadə edir. Hər halda qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Amma biz bu barədə tez-tez müzakirələr aparırıq. Ümidvaram ki, tezliklə quru sərhədlərimizin açılmasına nail olacağıq", - Bayramov bildirib.
 
Quru sərhədlərin bağlı saxlanması "Azal” və "Buta Airways” şirkətlərinin gəlirlərinin artırmaq məqsədi güdür
 
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, quru sərhədlərimizin hələ də bağlı olmasının heç bir məntiqi əsası yoxdur. 
 
"Əslində, Azərbaycandan başqa quru sərhədlərini bağlı saxlayan ikinci bir ölkə yoxdur. Bütün ölkələr öz sərhədlərini açıb. Bizə yaxın olan Gürcüstan və Rusiya da bu addımı atıb. Məsələn, Gürcüstan ilə Ermənistan arasındakı quru sərhəd uzun müddətdir ki, açıqdır. Yəni, Azərbaycanın belə bir qərar verməsinin heç bir məntiqi əsası yoxdur. Çünki bu qərarın uzadılması, iqtisadiyyatımız üçün olduqca zərərlidir. Hökümət nümayədələri bu qərarın səbəbləri ilə bağlı hər hansı rəsmi açıqlama da vermirlər. Bu qərar istənilən halda Azərbaycanın xeyrinə deyil", – o bildirib.
 
Сəfərlinin fikrincə, bu qərar yalnız "Azal” və "Buta Airways” şirkətlərinin gəlirlərinin artırılması prinsipi ilə bağlı ola bilər.
 
Hazırda Azərbaycandan onunla quru sərhədi olan ölkələrə ancaq təyyarə ilə uçmaq olur. Bu vətəndaşlara baha başa gəlir. Əsasən Bakıdan Tiflisə AZAL uçur. Bakıdan Tbilisiyə və geri ən ucuz təyyarə biletinin qiyməti seçilən tarixdən asılı olaraq 170 ABŞ dolları və daha artıqdır.  
Rusiya istiqamətində  quçan təyyarələrin qiyməti isə  Rusiyanın UKranaya hərbi təcavüzü səbəbindən çox yüksəlib və 1000 dollardan artıqdır. İndi Rusiya-Azərbaycan vəəks istiqamətdə Rossiya, UralHavaYolları, UTair çirkətləri uçur. 
 
AZAL Rusiyaya uçuşlar həyata keçirmir.  

Cavanşir Qasımov
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol