• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Monteneqroya birbaşa aviareys açılacaq

Azərbaycandan Monteneqroya birbaşa aviareys açılacaq
23.05.2022 15:23
"Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 30-dan sentyabrın 1-nə qədər Monteneqronun korort şəhəri Tivata çarter reysləri həyata keçirəcək. Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, uçuşlar hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Tivat Vrmas yarımadasında, Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlıqda yerləşir. Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.

Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Monteneqroya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol