• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Mirzəyevdən ismarış var

İlham Mirzəyevdən ismarış var
24.04.2014 12:57
Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevdən yeni xəbər var. İ. Mirzəyevin vəkili Xanlar Bayramzadə AzNews.az-a bildirib ki, aprelin 23-də müvəkkili ilə görüşüb: “İlham Mirzəyev hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Xeyli söhbət etdik. Amma elə şeylər var ki, istintaq sirri olduğundan demək olmur. Ailəsi ilə də əlaqəsi var”. Vəkil İlham Mirzəyevin ismarışını da çatdırıb: “İlham Mirzəyev dedi ki, sağlamlığından və saxlanma şəraitindən şikayəti yoxdur. O bildirib ki, görüşə heç bir məhdudiyyət qoyulmur. Nə vaxt istəsə, görüşə bilir. Həyat yoldaşı və uşaqları da Bakıdadır. İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və dövlətin qanunlarına hörmətlı yanaşır”. Qeyd edək ki, aprelin 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol