• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb
27.05.2022 11:17
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələ daxil edilib.
 
Bunlar aşağıdakılardır:

1. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

2. İnzibati Prosessual Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

3. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).

5. "Əhalinin sağlamlığının qorunması haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Lotereyalar haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

6. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).

7. Şəhərsalma və Tikinti Məcəlləsinə, "Elektroenergetika haqqında”, "Qaz təchizatı haqqında”, "Energetika haqqında”, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlara dəyişiklik layihəsi (üçüncü oxunuş).

8. "Elektroenergetika haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).

9. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).

10. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).


11. Cinayət Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

12. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

13. "Əhalinin sağlamlığının qorunması haqqında”, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, "İnsan alverinə qarşı mübarizə haqqında” və "Reklam haqqında” qanunlara dəyişiklik layihəsi (birinci oxunuş).

14. "Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

15. Mülki Məcəlləyə, Miqrasiya Məcəlləsinə, "Yanğın təhlükəsizliyi haqqında”, "Yerin təki haqqında”, "Balıqçılıq haqqında”, "Texniki təhlükəsizlik haqqında”, "Atmosfer havasının mühafizəsi haqqında”, "Tütün və tütün məmulatı haqqında”, "Telekommunikasiya haqqında”, "Damazlıq heyvandarlıq haqqında”, "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, "Pambıqçılıq haqqında” və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara dəyişiklik edilməsi layihəsi (birinci oxunuş).

16. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. "Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).


 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol