• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Formula-1”i izləmək üçün 16 700 oturacaq quraşdırılıb

Bakıda “Formula-1”i izləmək üçün 16 700 oturacaq quraşdırılıb
30.05.2022 22:30
"Formula-1” Azərbaycan Qran-prisinin başlamasına 10 gün qalıb.

Oxu.Az-a verilən xəbərə görə, bu il azarkeşlərin canlı iştirakı ilə baş tutacaq Bakı yarışının trekində görülən hazırlıq işləri ilə tanış olmaq üçün mediatur təşkil olunub.

Tur zamanı trekin xüsusiyyətləri, paddok ərazisi, tribunalar haqqında jurnalistlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, Bakı Şəhər Halqası adlanan trekin uzunluğu 6 km-dir və alman mütəxəssis Hermann Tilke tərəfindən inşa olunub.
"Formula-1” təqvimindəki ən uzun treklərdən sayılan Bakı trekində 20 döngə mövcuddur.
Bakı Şəhər Halqasını digər treklərdən fərqləndirən cəhətlərdən biri sərt döngələrin və təqvimdəki treklər arasında ən dar hissənin məhz burada olmasıdır (8-ci və 9-cu döngələr).
Tarixiliyin və müasirliyin vəhdətini uğurlu şəkildə bir araya gətirən Bakı halqası 52 dövrədən ibarətdir və saatın əksi istiqamətində hərəkət edir.
2017-ci ildə azarkeşlər tərəfindən "İlin ən yaxşı yarışı” adına layiq görülən "Formula-1” Azərbaycan Qran-prisi ən sürətli şəhər yarışlarından hesab olunur. Trekdə ən sürətli dövrə rekordu (1:43.009) "Ferrari” komandasının pilotu Şarl Leklerə aiddir.
Xatırladaq ki, artıq beş dəfə keçirilməsinə baxmayaraq, bu vaxta qədər heç bir "Formula-1” pilotu Bakıda iki dəfə qalib gəlməyi bacarmayıb. Bu məqam hətta pilotlar arasında "Bakı sindromu” adlandırılır.
Azarkeşlərin, marşalların və könüllülərin təhlükəsizliyini təmin etmək məqsədilə trek ətrafında 3600-ə yaxın beton blok quraşdırılıb.
Bakı Şəhər Halqasında doqquz tribuna yerləşir. Ən böyük tribuna 5500 tamaşaçı tutumu olan Abşeron tribunasıdır. Ən kiçik tribuna isə Sahil (456 tamaşaçı tutumlu) tribunasıdır.
"Formula-1” Azərbaycan Qran-prisini canlı izləmək üçün ümumilikdə tribunalarda 16 700 oturacaq quraşdırılıb.
İçərişəhər – trekin ən tarixi tribunasıdır, İçərişəhərin Qoşa qala qapılarının girişində yerləşir. Buradan azarkeşlər yarışı izləməklə bərabər, tarixi qala divarlarının mənzərəsindən də zövq ala bilirlər. İçərişəhər tribunası 900 nəfər tamaşaçı tutumuna malikdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol