• $
  • €
  • ₽
  • ₺
  • £

“Relax” məhkəməyə verildi

“Relax” məhkəməyə verildi
03.06.2022 18:08
Azərbaycanın ən böyük istirahət mərkəzlərindən biri sayılan "Relax Resort And Spa Hotel" barəsində məhkəmə iddiası qaldırılıb.

"Kriminalqafqaz” xəbər verir ki, hotel rəhbərliyi icbari sığorta qanunvericiliyini pozmaqda təqsirli bilinir. "Relax Resort And Spa Hotel"barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, hotel rəhbərliyini 5 min manat cərimə cəzası gözləyir.

"Relax" Azərbaycanda cənub bölgəsinin ən tanınmış istirahət mərkəzidir. Hotel Lerikin deputatı İqbal Məmmədova məxsusdur.

İstirahət mərkəzi tez-tez neqativ hadisələrlə gündəmə gəlir. Belə ki, ötən il istirahət mərkəzinin ərazisində orada çalışan əməkdaşın meyiti tapılmışdı. Ailəsi isə onun qətlə yetirildiyini iddia edirdi.

2019-cu ildə isə sözügedən istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. İnsident zamanı Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol