• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda cəzaçəkmə müəssisəsində qiyam baş verib?

Bakıda cəzaçəkmə müəssisəsində qiyam baş verib?
07.06.2022 15:09
Penitensiar Xidmətin Bakıda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insidentin  baş verməsi barədə Facebook-un Azərbaycan seqmentində məlumat yayılıb.
 
Həmin məlumata görə, müəssisədə  məhkumlardan biri özünə qəsd edərək, boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.
 
Bundan başqa müəssisənin işçiləri ilə məhkumlar arasında münaqişə yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb. Xəsarət alanlar arasında cəzaçəkmə müəssisəsinin yüksək rütbəli əməkdaşlarının da olduğu bildirilir. 
 
Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir.
 
İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Məsələ ilə bağlı Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov bildirir ki, yayılan məlumatlar əsassızdır.
 
"Mənə bir neçə media təmsilçisi müraciər edib. Onlara da bildirdim ki, bu feyk xəbərdir",  -  Mehman Sadıqov bildirib. 
 
İnsident zamanı xəsarət alan müəssisə əməkdaşlarından birinin deputat Aqil Abbasın bacısı oğlu  ədliyyə mayoru Sunay Bəxşəliyevin olduğu bildirilir.  
 
Aqil Abbas həqiqətən Sunay Baxşaliyevin dayısı olduğunu və onunla bağlı hər hansı insidentin yaşanmadığını deyib. 
 
"Sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır. Mənim bacım oğlunun adı Sunay Bəxşəliyevdir. Məlumatlarda isə Sunay Məmmədov qeyd olunub. Ancaq onun adı Sunay Baxşəliyevdir. O sağ-salamtdır", - deputat bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol