• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanın anası vəfat edib

Milli Qəhrəmanın anası vəfat edib
10.06.2022 09:22
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anası Məhluqə Məhərrəmova vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

O, bu gün gecə saatlarında 89 yaşında vəfat edib.

Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin martın 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.

O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova "Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər. 

7 dekabr 1992-ci il ildə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, o, bu addan imtina edib. Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol