• $
  • €
  • ₽
  • ₺
  • £

Rezidenturaya qəbul olanların sayı açıqlanıb

Rezidenturaya qəbul olanların sayı açıqlanıb
10.06.2022 11:34
2021 ci ildə İxtisas seçimində iştirak etmiş namizədlərdən 417 nəfər rezidenturaya qəbul olub. 2021-ci ildə imtahanın I mərhələsində iştirak edənlərdən 573 nəfər əsas (baza ali) tibb təhsili istiqamətləri  üzrə imtahanın II mərhələsində iştirak etmək hüququ qazanmış və onlardan 510 nəfəri imtahanın II mərhələsində iştirak etmək üçün ərizə verib. Bundan başqa, 2020-ci ildə rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edərək "məqbul” alan 304 nəfər də II mərhələdə iştirak etmək üçün ərizə vermiş və ümumilikdə II mərhələdə iştirak etmək üçün ərizə verənlərin sayı 814 nəfər olub.İmtahanın II mərhələsində 810 nəfər iştirak edib və bu namizədlərin çoxu (545 nəfər) müsabiqədə iştirak etmək hüququ  qazanıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Müsabiqənin nəticələri internet və "Rezidentura” jurnalının 4-cü nömrəsində ictimaiyyətə açıqlanıb.
 
2021-ci ildə rezidentura səviyyəsinə qəbul  DİM tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilib. Rezidenturaya qəbul qaydaları və qəbul elanı, baza və ixtisas fənləri üzrə qəbul proqramları, namizədlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, 
test tapşırığı nümunələri və digər zəruri məlumatlar "Rezidentura” jurnalının 2021-ci il tarixli 1-ci və 2-ci nömrələrində çap olunub. Qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, qəbul aparılan ixtisaslar və plan yerləri haqqında məlumatlar, rezidenturaya qəbul imtahanının Ι mərhələsinin 
nəticələrinin ötən illə müqayisəli təhlili və tövsiyələr, 2020-ci ildə rezidenturaya qəbul müsabiqəsində formalaşmış keçid balları və digər elmi-metodiki materiallar jurnalın 3-cü nömrəsində dərc edilib.


2020-ci ildə rezidenturaya qəbulla bağlı müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Belə ki, imtahanın I mərhələsinin nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilib, imtahandan 40 və daha çox bal toplayan əsas (baza ali) tibb təhsilli namizədlər "məqbul” alaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan başqa, imtahanın I mərhələsində "məqbul” alanların nəticəsi 5 (beş) il qüvvədə qalır, yəni onlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Rezidenturaya qəbulun I mərhələsinə əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (III, IV və V kurs) tələbələr də buraxılıblar. Bu imtahandan "məqbul” alan tələbələr isə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. 2021-ci ildə ilk dəfə olaraq, namizədlərə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələdə) iki dəfə iştirak etmək hüququ verilib. Qəbul imtahanının I mərhələsinin 1-ci cəhdindəiştirak etmək üçün ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 4-dək, 2-ci cəhdində iştirak etmək üçün isə iyulun 16-dan 22-dək internet vasitəsilə aparılıb. Rezidenturada təhsil almaq üçün 1673 namizəd ərizə verib. 
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol