• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq, DİN və DTX birgə məlumat yaydı

Baş Prokurorluq, DİN və DTX birgə məlumat yaydı
10.06.2022 15:17
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılıb.

Bu barədə qurumların birgə məlumatında bildirilib.

Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirib, qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölüb.

Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol