Şəmkirdə sərxoş vəziyyətdə dəmir yolunu keçmək istəyən 51 yaşlı kişini qatar vurub. "Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dələr stansiyasının yaxınlığında baş verib. Belə ki, hərəkətdə olan qatar dəmir yolunu keçmək istəyən 51 yaşlı Əliyev Elvarı vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılırwww.anews.az