• $
  • €
  • ₽
  • ₺
  • £

DİM dünənki imtahana görə üzr istədi

DİM dünənki imtahana görə üzr istədi
13.06.2022 15:16
12 iyun 2022-ci il tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. Bu imtahanlarda iştirakçıların dinləyib-anlama bacarıqları da yoxlanılır. Təəssüf ki, dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin (monoloq və dialoq) səsləndirmə qurğusundakı ardıcıllığı (əvvəl monoloq, sonra dialoq) və onlara cavab vermək üçün kitabçada olan dinləmə mətnləri (əvvəl dialoq, sonra monoloq) üzrə sualların ardıcıllığı dəyişik verilib.


Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan hal aşkar olunduqdan sonra bu uyğunsuzluq haqqında imtahan iştirakçılarına məlumat verilib və dinləmə mətnləri yenidən səsləndirilərək onlara kitabçada olan uyğun sualların (monoloq üzrə 6-10, dialoq üzrə 1-5) hansılarına bu mətn əsasında cavab vermək lazım olduğu bir daha izah olunub, həmçinin müəyyən vaxt itkisinə yol verildiyi üçün imtahanın müddəti əlavə olaraq 30 dəqiqə artırılıb. Yəni bu uyğunsuzluğun yaratdığı anlaşılmazlığı yerində aradan qaldırmaq mümkün olub.

Bununla belə, baş verən uyğunsuzluqla əlaqədar bütün imtahan iştirakçılarından üzr istəyirik. Baş vermiş halla əlaqədar dinləmə mətnlərinin cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı yalnız dinləmə bloku üzrə nəticələri ləğv edilərək həmin blok üzrə yenidən imtahan təşkil olunacaq. Bu imtahandan toplanılan bal dinləmə bloku üzrə yekun imtahan nəticəsi kimi əsas götürüləcək.

Dinləmə bloku imtahanında yenidən iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna yollaya bilərlər.

İmtahan tarixi barədə yaxın günlərdə əlavə məlumat veriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol