• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov təqaüdə göndərilməsindən danışdı

Vaqif Əsədov təqaüdə göndərilməsindən danışdı
14.06.2022 12:08
Polis polkovniki Vaqif Əsədov təqaüdə getməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Əsədov bildirib ki, ötən gün ona çox sayda telefon zəngləri, eləcə də KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub.
 
"Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzrlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm. Bəli, təqaüdə çıxmaq üçün "xidmətdə olmanın son yaş həddinə çatdığına görə” əmr imzalanıb və şəxsi heyətə elan edilib. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar", - o bildirib.
 
Əsədov özünü xoşbəxt insanlardan hesab edir.

"Əlbəttə, qismət oldu xidmətimi başa vurub təqaüdə çıxa bildim. Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı bir daha DİN-in əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimin qarşımda bir vəzifə olduğunu təsdiq etdi.Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm", - Əsədov bildirib.

Polis polkovniki BDYP-nin media ilə bundan sonrakı əlaqələrindən danışıb.
 
"Hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsində bu xidməti polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək", - o dedi.
 
Vaqif Əsədovun təqaüdə göndərilməsi barədə daxili işlər naziri Vilayət Eyvazov iyunun 13-də əmr imzalayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini müvəqqəti olaraq baş inspektor, mayor Araz Əsgərli icra edəcək. 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol