Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib. "Qafqazinfo”nun məlumatına görə, o, 81 yaşında dünyasını dəyişib. Mərhum sabah Gəncədə torpağa tapşırılacaq. Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıbwww.anews.az