• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab

Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab
18.06.2022 14:40
Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Belə ki, mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, bütün iddialar əsassızdır, böhtan xarakterlidir.
 
"Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının polisə döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirmək istəyir.
Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var. Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun "Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır”, - o söyləyib.

DİN rəsmisi vurğulayıb ki, Yusifovanın ona təzyiq olunması və cinayət işi açılmasını ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir.

"Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır", - qurum rəsmisi bildirib. (qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol