• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs xəbəri yayılan generaldan - Açıqlama

Həbs xəbəri yayılan generaldan - Açıqlama
21.06.2022 15:37
Dövlət Təhlükəsizliyi Xidmətinin iyunun 20-də keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.

Bakupost.az-a danışan general buna görə təəssüfləndiyini deyib.

"Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yayılan şayiəni tirajlamadılar”, - o deyib.

Babayev hazırda işinin başında olduğunu qeyd edib.

"Mən həmişə dövlətə və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəyəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur.

Sonda bir məqamı qeyd etmək istərdim: istənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. İstər bu sahə olsun, istər jurnalistika, elm, yaxud mühəndislik, fərqi yoxdur. Bütün sahələrin mütəxəssislərinə tövsiyəm odur ki, peşəkarlıqları istiqamətində öz üzərlərində işləsinlər”, - o deyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Gömrük Komitəsində keçirdiyi əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin "Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol