• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı deputatın maaşı nə qədər qalxacaq? – Bu ilin büdcəsindən ayrılacaq vəsait

Hansı deputatın maaşı nə qədər qalxacaq? – Bu ilin büdcəsindən ayrılacaq vəsait
21.06.2022 16:18
Milli Məclisin deputatlarının aylıq vəzifə maaşının qaldırılması təklif edilir.

"Milli Məclisin deputatının statusu haqqında” qanuna təklif edilir ki, parlament sədrinin aylıq vəzifə maaşı 3550 manat olsun.

Hazırda Milli Məclis sədri 2475 manat maaş alır. Yəni qanun layihəsi qəbul olunsa, spiker 1075 manat üstün fərqlə maaş alacaq.

Vəzifəcə Milli Məclis sədrindən bir pillə aşağı olan birinci vitse-spikerin hazırkı maaşı 2227 manat 50 qəpikdir. Bundan sonra isə onun aylıq məvacibi 3195 manat təşkil edəcək.

Parlament sədrinin spikerlərinin maaşı 2103 manatdan 3017 manata, komitə və komissiya sədrlərininki 1980 manatdan 2840 manata, onların müavinlərininki 1856 manatdan 2662 manata, sıravi deputatlarınkı isə 1732 manatdan 2485 manata qaldırılacaq.

QISA şəkildə:

- Milli Məclis sədrinin maaşı 1075 manat,
- Birinci vitse-spikerin maaşı 968 manat,
- Vitse-spikerlərin maaşları 914 manat,
- Komitə və komissiya sədrlərinin maaşları 860 manat,
- Komitə və komissiya sədrlərinin müavinlərinin maaşları 806 manat,
- Sıravi deputatların maaşları isə 753 manat qalxacaq.
Böyük ehtimal ki, qanun qəbul ediləcəyi təqdirdə iyulun 1-dən etibarən qüvvəyə minəcək.
Deməli, deputatların cəminin ortalama maaşı 900 manata yaxın artırılacaq.

Bu isə hər ay üçün dövlət büdcəsindən 106 min manata qədər əlavə vəsaitin deputatların maaşları üçün ayrılması deməkdir (Hazırda 118 deputat var və rəqəm ona nisbətdə səslənir).

Əgər qanun iyulun 1-dən qüvvəyə minsə, 2022-ci ilin sonu üçün deputatların maaş artımına görə büdcədən 634 min manatdan çox əlavə vəsait ayrılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol