• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının Xəzər rayonunda neft oğruları peyda olub

Bakının Xəzər rayonunda neft oğruları peyda olub
21.06.2022 20:30
Bakıda mədən ərazisindən müxtəlif vaxtlarda 2 ton neft oğurlamaq istəyən şəxslər yaxalanıb.Bu barədə "Security Operation Services” ("SOS”) mühafizə şirkətindən bildirilib.

Məlumata görə, son günlər H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) mədən ərazisində yerləşən neft anbarlarından bir neçə oğurluğa cəhd olub.
Məmmədzadə Zamiq Mahir oğlu 968 saylı işlək neft quyusunun yaxınlığında yerləşən yeraltı neft anbarından xam neft oğurlamaq istəyərkən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər onu yaxalayıb.

Əraziyə baxış keçirilərkən məlum olub ki, Z.Məmmədzadə xam nefti özü ilə gətirdiyi xüsusi nasos vasitəsilə 99-EN-365 nömrəli "Ford” markalı avtomobilin daxilinə yerləşdirdiyi 2 ton tutumu olan plastik çənə doldurmağı planlaşdırıb.

Oxşar oğurluğa cəhd halı bir neçə gün öncə 1558 saylı neft quyusunun yaxınlığında yerləşən çəndə də qeydə alınıb. Emin Bəkirov gecə saat 03:00 radələrində 99-VF-168 nömrəli "Ford” markalı avtomobil ilə xam neft oğurlamaq istəyərkən mühafizəçilər onu yaxalayıb.

Hər iki faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib və oğurluğa cəhd edən şəxslər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol