• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda aksiya keçirilib- DİN-dən rəsmi açıqlama

Bakıda aksiya keçirilib- DİN-dən rəsmi açıqlama
22.06.2022 11:45
Bakıda inanclı fəallar Prezident Administrasiyasının qarşısında aksiya keçirib.

Aksiya iştirakçıları Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncələrə məruz qaldığını və İslam müqəddəslərinin təhqir olunduğunu bildirirlər. 

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiya zamanı saxlanılan olmayıb. 
 
"Tamamilə absurd, həqiqətə uyğun olmayan ifadələrdir. Polis əməkdaşlarının Allahı təhqir etməsi ilə bağlı ortaya atılan  iddialar  heç bir halda həqiqəti əks etdirmir. Hər bir polis Azərbaycan Respublikasının vətəndaşıdır. Dini dəyərlər, tolerantlıq,vdini inanclara hörmətlə yanaşırlar. Polis sıralarında minlərlə ibadət edən, inanclı polis əməkdaşları var. Onlarında ibadətlərinə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda dini məsələlərlə bağlı heç bir qadağa yoxdur. Polis əməkdaşlarının Allahı təhqir etməsi ilə bağlı iddiaların ortaya atılması siyasi şüardır. Bunun hansısa formada DİN adı ilə ortaya çıxması doğru deyil"-,Hacıyev bildirib.
 
19 il həbsə məhkum edilən Tale Bağırzadə inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qaldığı iddia edərək etiraz aksiyasına başlayıb. O iddia edir ki, işgəncə zamanı  hüquq-mühafizə orqanlarının əməkdaşları Allahı təhqir edib. Bağırzadə tələb edir ki, onlar üzr istəməlidir.

Bağırzadənin lideri olduğu Müsəlman Birliyi Hərəkatının iyunun 12-də yaydığı bəyanatda deyilir ki, inancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə Bağırzadənin başladığı aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər qoşulub.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.


 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol