• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 45 avtobus tıxacda qalıb - Siyahı

Bakıda 45 avtobus tıxacda qalıb - Siyahı
23.06.2022 11:43
Bu gün səhər pik saatlarda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə BNA-dan Yeniavaz.com-a bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 45 müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr var:

1. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobusların 8-10 dəqiqəyə gecikmə ilə hərəkət etməsinə səbəb olub.

2. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətindəki nəqliyyat sıxlığına görə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.

3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində sıxlıq səbəbindən həmin ərazidən keçən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqəlik ləngimə var.

4. Həsən bəy Zərdabi küçəsində 20 Yanvar dairəsi istiqamətindəki sıxlıq isə 7B, 9, 14, 18, 29, 114A, 114B, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikməyə səbəb olub.

5. Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektindəki nəqliyyat sıxlığı 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqəlik gecikmə yaradıb.

6. Abdulla Şaiq küçəsi İnşaatçılar prospekti istiqamətindəki sıxlıq 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqəyə gecikməyə səbəb olmaqdadır.

7. Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 11-12 dəqiqə gecikmə ilə hərəkət edir.

8. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində də nəqliyyat sıxlığı var. Bu səbəbdən də həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-15 dəqiqəyə yaxın müşahidə olunur

9. Zabrat şossesi-Maştağa istiqamətində 40, 131, 163, 216, 217, M8 nömrəli  müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə gecikmə var.

10.  Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıqla əlaqədar 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

11. Yavər Əliyev küçəsi Aeroport şossesi istiqamətində sıxlığa görə 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur. 

12.  Akademik Həsən Əliyev və Koroğlu Rəhimov küçələri-hər iki istiqamətdə sıxlıq səbəbindən də 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 11-16 dəqiqə gecikmə ilə hərəkət edir.

13. Dilarə Əliyeva küçəsi-hər iki istiqamətində sıxlıq müşahidə olunur ki, bu səbəbdən də 1, 2, 4, 14, 21, 30, 32, 40, 46, 88A və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqəyə gecikmə müşahidə olunur.

14.  28 May küçəsinin, Yusif Səfərov küçəsi ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıqla əlaqədar 1, 2, 4, 5, 21, 30, 32, 46,  88, 125, 127 və 175 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar 10-12 dəqiqəyə gecikmə ilə hərəkət edir. 

15. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində müşahidə olunan sıxlıq səbəbindən isə 5, 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə var.

16. Azadlıq pr 28 May m/s istiqamətində sıxlıq səbəbindən də 4, 85 və 88 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqəyə gecikmə müşahidə olunur.

17. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətindəki sıxlıq 2, 13, 65, və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervalı 13-19 dəqiqə gecikdirir. 

18. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə yaradıb. 

19. Binəqədi şossesi - Azadlıq m/st istiqamətində sıxlıq səbəbindən isə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol