• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası jurnalistin mənzilinə köçdü

Şəhid anası jurnalistin mənzilinə  köçdü
23.06.2022 22:00
Vətən müharibəsində həlak olmuş Yusif Budaqovun anası Lətafət Budaqova tanınmış jurnalist Şakir Eminbəylinin 2017-ci ildə 2-ci "Jurnalistlər binası"nda şəhid ailələrindən birinin xeyrinə imtina etdiyi mənzilə köçüb. 

İndiyə qədər Lətafət Budağova 1 otaqlı, təmirsiz mənzildə kirayə yaşayırdı. 

Şəhid Yusif Ramiq oğlu Budaqov 1997-ci il oktyabrın 11-də anadan olub.  Ailənin yeganə övladı olub. 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, 2016-cı ilin aprel döyüşlərində iştirak edib. rkən yaşlarında atasını itirən Ramil Budaqov Bakı klinikaıarının  birində  baş texnik vəzifəsində çalışıb.

Vətən müharibəsi başlayan ərəfədə səfərbərliyə çağırılıb.  Füzuli istiqamətində döyüşlərdən birində həlak olan şəhidin nəşi oktyabrın 30-da ailəsinə  təhvil verilib. Onu 2020-ci il oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn ediblər.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.

Şəhid ailələrinin Bakıda jurnalistlər üçün tikilən binada yerləşdiirilməsi ideyası millət vəkili Etibar Əliyev tərəfindən keçən ilin iyulunda birinci dəfə səsləndirilib. Belə ki, millət vəkilinin fikrincə, jurnalistlər üçün tikilən üçüncü bina bütövlüklə şəhid ailələrinə verilməsi daah məqsədəuyğundur. 

Az sonra həmin binada mənzili olan və olmayan bir neçə jurnaıist bu ideyanı dəstəkləyən məktuba imza atıb. Amma onlardan yalnız biri Emin Şakirbəyli öz  mənzilindən hər hansı şəhid ailəsini  xeyrinə imtina etməyə hazır olduğunu bildirib. 
 
Aytac Zeynalova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol