• $
  • €
  • ₽
  • ₺
  • £

"Deyirlər, ya pulu ödə, ya da mağazanı bağla" - Sədərəkdəki sahibkarlar

"Deyirlər, ya pulu ödə, ya da mağazanı bağla" - Sədərəkdəki sahibkarlar
23.06.2022 16:10
Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən və ya burada mağazası olan sahibkarlardan bəziləri ticarət mərkəzinin rəhbərliyinin onları hədələdiyini iddia edirlər.

Bu barədə sahibkarların özləri məlumat veriblər.

Belə halla üzləşən iqtisadçı-ekspert, həm də Sərədəkdəki sahibkarlardan biri olan Eyyub Kərimli saytımıza açıqlamasında bildirib ki, əvvəlcə təmir aparacaqlarını deyib, razı olmayanları mağazaları bağlamaqla hədələyiblər:

"İyun ayının 1-dən bazarın nümayəndələri gəldilər ki, "Şirniyyat” adlanan hissədə mağazalar təmir olunacaq. Sahibkarların əksəriyyəti razı olmadı. Razı olmayanları mağazalarını bağlamaqla hədələdilər. Ona görə də, sahibkarlar məcbur razılıq verdi və həmin vaxt təmirə görə ödənişin hissə-hissə ödənilməsi barədə razılığa gəlindi.

İndi də gəlib, pulu 2 və ya 3 dəfəyə ödəməyimizi tələb edirlər. Bu böyük məbləğdir. Şəxsən mənim özümdən 7 400 manat pul istəyiblər. Etiraz edəndə də, deyirlər, çək, bağla. Obyekt qanuni olaraq mənim mülkiyyətimdədir. İndi də gəliblər ki, bağlayırıq. Mən səndən obyektin böyüdülməsini tələb etməmişəm axı. Deyirlər ki, Fövqəladə Hallar Nazirliyinin göstərişidir. FHN-in göstərişinə vaxtında bir çarə qılmaq lazım idi”.

Sözügedən iddialarla bağlı Sədərək TM-nin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim  açıqlama verib. O iddiaları əsassız adlandırıb:
"Bu, sahibkarların öz təşəbbüsü ilə baş verən bir şeydir. Mağazaların qarşısında köhnə palatkalar qoyulmuşdu. Fövqəladə hallar zamanı o palatkalar darısqallıq yaradırdı. 1-ci və 2-ci zonada bu işlər başa çatıdırılıb. Genişlənib və palatkalar yığışdırılıb. Heç bir narazılıq da olmayıb. Mən o iddiaları təkzib edirəm. Onlara şərait yaradılıb. Ödənişlər hissə-hissə aparılır. Mən o işi aparanlara çatdırmışam. Belə hallar olsa, yoluna qoyulacaq. Mağazaların bağlanması ilə hədələnmə iddiaları əsassızdır. Bu işlər Nazirlər Kabinetinin yanğın təhlükəsizliyi ilə bağlı qərarı əsasında həyata keçirilir. Tək-tək narazılıqlar varsa da, bunu kütləvi hesab eləmək olmaz”.(Yeniavaz)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol