• $
  • €
  • ₽
  • ₺
  • £

Küçədə dava düşdü, polisin formasını zədələdilər

Küçədə dava düşdü, polisin formasını zədələdilər
25.06.2022 10:23
Bakıda yoldan keçən şəxsin baxışına görə dava baş verib.

Hadisə bir neçə gün öncə Səbail rayonunda yerləşən mağazalardan birinin  önündə qeydə alınıb. Kamal Kamalov (şərti) səhər 06:25 radələrində dostları ilə gəzən zaman bir şəxsin onlara tərs-tərs baxaraq yanlarından keçdiyini düşünüb. Bu zaman onun yanında olan dostu həmin şəxsdən niyə elə baxdığını soruşub. Sözlü mübahisə davaya çevrilib. Baxışına görə zərbə alan şəxsin ağzından qan açılıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və məsələni aydınlaşdırmaq üçün tərəfləri polis bölməsinə dəvət ediblər. Lakin K.Kamalov buna etiraz edib. Polisin tələblərinə tabe olmadığı üçün Kamalı məcburi qaydada avtopatrula əyləşdiriblər. Bu zaman bir polis əməkdaşının xidməti forması zədələnib, jileti cırılıb.

Kamal Kamalova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 (iki yüz) manat inzibati cərimə yazılıb(qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol