• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görülüb

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görülüb
29.06.2022 21:30
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 - "Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb. Bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb. 

ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis edilib və rüşvətə qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

ISO 37001 standartının tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən edilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiq edilməsi sahəsində üstünlüklər verir. Eyni zamanda, maraqlı tərəflərə qurumun rüşvət hallarının qarşısını almaq üçün müsbət addımlar atdığına dair təminat verir.

Sertifikat Agentlikdə rüşvət əleyhinə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı, həmçinin idarəetmədə şəffaflığın artırılmasına zəmin yaradır.

Bu standartı əldə etmək üçün işçilərin təlim kursuna cəlb edilmələri və rüşvət əleyhinə idarəetmə sistemini çalışdıqları sahədə tətbiq etmələri, eləcə də Agentlikdə rüşvət əleyhinə idarəetmə sisteminin tətbiqinin qiymətləndirilməsi mərhələləri uğurla başa vurulub. Amerika Birləşmiş Ştatlarının ən böyük qeyri-hökumət akkreditasiya qurumlarından biri olan "ANSI National Accreditation Board” (ANAB) tərəfindən akkreditə olunmuş "Denetik International Certification and Surveillance Services” şirkəti bu işlərin yekunu olaraq, Agentlikdə tətbiq edilmiş rüşvət əleyhinə idarəetmə sisteminin İSO 37001:2016 standartına uyğunluğunu sertifikatla təsdiq edib.

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nomrəli Sərancamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.11-ci bəndini icra edərək, öz fəaliyyətində sözügedən standartı tətbiq edən ilk dövlət qurumlarındandır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol