2 yaşlı körpə zəhərlənib

Kürdəmirdə 2 yaşlı körpə dərmandan zəhərlənib.
Hadisə rayonun Pirli kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü Zeynalov Murad Roman oğlu bilmədən təsərrüfatda istifadə olunan zəhərli maddəni içib. Azyaşlı dərhal valideynlərinin köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər körpəyə ilkin tibbi yardım göstəriblər.
www.anews.az
























