• $
  • €
  • ₽
  • ₺
  • £

İran ANS-ə lisenziya verdi

İran ANS-ə lisenziya verdi
21.04.2014 22:56

ANS Müstəqil Yayım və Media Şirkəti İranda fəaliyyət göstərməsi üçün lisenziya alıb. 

Telekanaldan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, lisenziyanı İranın Azərbayjandakı səfiri Möhsün Pak Ayin bu gün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə təqdim edib. Dünyanın bir çox aparıjı televiziya kanalları bu lisenziyanı almağa hələ də müvəffəq olmayıb. Rusiya, ABŞ, Avropanın aparıcı ölkələrinin televiziya kanalları, beynəlxalq miqyaslı televiziya şirkətləri buna nail ola bilməyiblər. “Bu müvəffəqiyyət ANS-ə indi göründüyü qədər rahat və tez başa gəlməyib. Bunun üçün ANS illərini sərf edib. Uzun danışıqlardan sonra təxminən 5 il əvvəl ANS İranda müxbirinin fəaliyyət göstərməsinə nail oldu.  Bu, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin İrana səfərindən və orada apardığı danışıqlardan sonra mümkün oldu”.  ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev ANS-ə müsahibəsində belə deyib. O, daha sonra əlavə edib: 

“Bu müddət ərzində biz çalışırdıq, hətta o səviyyəyə gəlib çatmışdıq ki, İran dövləti orda bizim müxbir məntəqəmizin yaranmasına imkan vermişdi. Hətta biz son vaxtlar ordan reportaclar da çəkir və göstərirdik. Bizə maneçilik törətmirdilər, lakin bunlar rəsmi səviyyədə deyildi.    İndi isə bu lisenziyanın verilməsi ilə İran öz qapılarını ANS-in və Azərbaycan tamaşaçısının üzünə taybatay açdı. İki ölkə arasında zamanla yaşanan anlaşılmazlıqları aradan qalxması və münasibətlərin inkişafı ilə bağlı indi hər iki tərəfin söz deməyə ortaq məkanı var -  bura ANS-dir”. 

İranın Azərbayjandakı səfiri Möhsün Pak Ayin məsələ ilə bsğlı bildirib: “ANS İranda iki ölkə münasibətlərinə müsbət və obyektiv baxışı olan bir telekanal kimi tanınınr. Səfirlik olaraq bizim aramızda da hər zaman yaxın əlaqələr olub. ANS-dəki dostlarımız zamanla İrana səfər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə xalqlarının yaxınlaşmasına xidmət edən sücetlər hazırlanıb. Məhz bu cür münasibətlər və sıx əməkdaşlıq  ANS-in lisenziya əldə etməsinə səbəb oldu. Media sahəsində güc sahibi olan ölkələr öz istidəklərini məhz media vasitəsilə digər ölkələrdə yaymağa çalşırlar. Media sahəsində yaşanan azadlıq da məhz bu istəklərini reallaşdırmasına yardım edir. Bu isə məlumatların qeyri-obyektiv yayılmasına səbəb olur. Buna görə də İran İslam Respublikası iki ölkə mediasının yaxınlaşmasını dəstəkləyir və gələcəkdə onlar arasında sazişlərin imzalanajağına inanınr”. 

ANNET.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol