• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı

“Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı
30.06.2022 14:10
Ehtiyatda olan general-leytenant, sabiq birlik komandiri Yaşar Aydəmirovun qohumu onun adından istifadə edərək dələduzluq edib.

David Aydəmirov adlı şəxs Yaşar Aydəmirovun əmisi oğlu olduğunu deməklə 2 nəfəri aldadaraq pullarını alıb. O vəd verib ki, guya tanışlıq əlaqələri sayəsində onları Fövqəladə Hallar Nazirliyində işə düzəldəcək. Bununla da, həmin şəxslərin ümumilikdə 14 050 manatını ələ keçirib. Daha sonra məlum olub ki, o, generalın əmisi oğlu yox, çox uzaq bir qohumudur.

Qusar Rayon Prokurorluğunda başlanılan cinayət işinin istintaqı tamamlandıqdan sonra Aydəmirov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.
 
Məhkəmə ona 5 il 6 ay müddətinə həbs cəzası verib. David Aydəmirov məhkəmə dövründə vurduğu ziyanı ödəyib.

Yaşar Aydəmirov vaxtilə II ordu korpusunun komandiri olub. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin rəisi işləyib. 2002-ci ildə general-leytenant rütbəsi alıb. 2014-cü ildə ehtiyata buraxılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol