• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siyasi partiyaların 58%-i auditdən keçməyib - HESABAT

Azərbaycanda siyasi partiyaların 58%-i auditdən keçməyib - HESABAT
30.06.2022 16:18
2021-ci ildə Azərbaycanda məcburi audit subyekti olan 55 siyasi partiya olub. Onlardan 32-si və yaxud 58,2%-i auditdən keçməyib. Bu barədə Auditorlar Palatasından bildirilib.

Bundan başqa, ötən il ölkədə məcburi audit subyekti olan 1 608 bələdiyyə olub. Onlardan isə 1 065-i və yaxud 66%-i auditdən keçməyib.

2021-ci ildə Azərbaycanda məcburi audit subyekti olan 256 səhmdar cəmiyyəti (SC) olub. Onlardan 91-i və yaxud 35,6%-i auditdən keçməyib. Bundan başqa, ötən il ölkədə məcburi audit subyekti olan 2 458 məhdud məsuliyyətli cəmiyyət (MMC) olub. Onlardan isə 1 305-i və yaxud 52,2%-i auditdən keçməyib. 
Ümumillikdə, 2021-ci ildə Azərbaycanda 4 515 məcburi audit subyekti olub. Bunun 2 022-si və yaxud 44,8%-i auditdən keçib. Bu isə 2020-ci illə müqayisədə 3,9% bəndi azdır. Həmin il ölkədəki 4 512 məcburi audit subyektindən 2 198-i və yaxud 48,7%-i auditdən keçib.

Auditorlar Palatası 2021-ci ili 146 min manatla başa vurub ki, bu da 2020-ci illə müqayisədə 19,3% azdır.Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,261 milyon manat (əvvəlki ilə nisbətən 20,9 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 1,046 milyon manat (2,4 % çox), ixtisasartırma və imtahan gəlirləri 30 min manat (36,4 % çox), qrant və ianələrdən gəlirləri 36 min manat (əvvəlki il olmayıb), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 149 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,116 milyon manat (29,5 % çox), o cümlədən işçilərə çəkdiyi xərcləri 572 min manat (25,4 % çox), ezamiyyə xərcləri 6 min manat (66,7 dəfə çox), məlumat və reklam xərcləri 94 min manat (64,9% çox), çap və mətbuat xərcləri 21 min manat (2,1 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 87 min manat (64,2 % çox), amortizasiya və qiymətdən düşmə xərcləri 38 min manat (2,1 dəfə çox), rabitə xərcləri 26 min manat (18,2 % çox), üzvlük haqqı xərcləri 20 min manat (4,8 % az), audit və peşəkar məsləhət xidmətləri xərcləri 36 min manat (2 dəfə çox), sair əməliyyat xərcləri 151 min manat (3,1 dəfə çox), bank xərcləri 8 min manat (2 dəfə çox), konfrans xərcləri 53 min manat (əvvəlki il olmayıb), icazə xərcləri isə 4 min manat (2,5 dəfə az) olub. Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 787 min manat olub ki, bu da illik müqayisədə 25,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 23,1 % artaraq 64 min manata, balans kapitalı isə 25,3 % artaraq 723 min manata çatıb.

Həmçinin, Auditorlar Palatası 2021-ci ildə Azərbaycanda auditor xidməti göstərmiş hüquqi və fiziki şəxslərin reytinqini açıqlayıb.Böyük 4-lüyə daxil olan auditor təşkilatlarının sıralamasında ilk yeri yenə də "Ernst & Young Holdings (CIS) B.V." şirkətinin yerli filialı tutub. Növbəti pillələrdə isə II yeri "Deloitte & Touch" MMC, III yeri "PwC Azerbaijan” MMC, IV yeri isə "KPMG Audit Azerbaijan” MMC tutub.

Ləman Qasımova

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol