• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Vergi Xidməti bu mövzuda müzakirələr aparacaq

Dövlət Vergi Xidməti bu mövzuda müzakirələr aparacaq
30.06.2022 17:04
Dövlət Vergi Xidməti  vətəndaşlara məxsus mənzillərin kirayəyə verilməsi zamanı olan  qanunsuzluqları aradan qaldırmaq üçün müzakirələr aparacaq. Bunu Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi təlimdə qurumun idarə rəisi Rəşad Nuriyev bildirib.

"Hazırda kirayə mənzil bazarında vergidən yayınma halları var. Şəxslər öz aralarında razılaşaraq müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə məcbur ediləcək- rəis bildirib
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Leyla Hüseynzadə bildirib ki, son zamanlar vətəndaşların xəbəri olmadan onların adlarına hüquqi şəxslərin qeydiyyatdan keçirilməsi ilə bağlı vergi orqanlarına müraciətlər daxil olur.

Onun sözlərinə görə, ölkədə əlavə dəyər vergisindən yayınmaq üçün bir neçə şirkət yaradan işbazlar var. Bu şirkətlər isə adətən başqalarının adına yaradılır. Bunun üçün işbazlar vətəndaşların etibarından istifadə edərək onlardan aldıqları etibarnamə əsasında "ASAN İmza" əldə edirlər.

"Belə hallar aşkar edildikdə həmin hüquqi şəxsə müvəqqəti rəhbər təyin olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Əgər külli miqdarda vergidən yayınma varsa, Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi açılır", -  vergi rəsmisi qeyd edib.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol